Əməkdar artist şahzadə Ziqfrid obrazında çıxış edəcək
Tarix: 18-07-2019, 15:17



Sentyabrın 11-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Pyotr Çaykovskinin “Qu gölü” baleti nümayiş etdiriləcək.
Open.az xəbər verir ki, “Mariya-2” səhnəsində təqdim ediləcək baletdə Azərbaycanın Əməkdar artisti Timur Əsgərov şahzadə Ziqfrid obrazını canlandıracaq.
Timur Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir.
Timur Əsgərov 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.

Paylaş: