Filmlərimizdəki məşhur uşaqlar indi hardadır?
Tarix: 12-09-2017, 09:25


Bir vaxtlar kinolarımızda uşaq rollarının ifaçılarının indi harada olduqları və zahiri baxımdan necə göründükləri yəqin ki, çoxları üçün maraqlıdır.
Kult.az kinematoqrafiyamızın maraqlı uşaq obrazlarını təqdim edir:
Sevinc Axundova – “Ögey ana” filmində ağ bantlı, əlində cücə gəzdirən Cəmilə. S.Axundova hazırda musiqi sahəsində çalışır. Çoxsaylı tələbələri ilə var. Cəmil Quliyev - “Alma almaya bənzər” filmində almanı tumu ilə bərabər yeyən Kərimov. Hazırda İctimai TV-nin baş direktorudur. Elçin Şıxlı - “Dəli Kür” filmində mollaxana şagirdi rolunda çıxış edib. O, 2001-ci ilin yanvarından "Ayna" - "Zerkalo" qəzetlərinin təsisçisi və baş redaktoru, 1989-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, 2006-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin sədridir. Bəxtiyar Məmmədov - “Yuxu” filmində Bədəl kimi yaddaşlara həkk olunan Səxavət Məmmədovun oğlu Bəxtiyar hazırda Azərbaycan Respublikasının İtaliyadakı səfirliyində çalışır. Məryəm Seyidbəyli - “Telefonçu qız”ın Mehribanı. Hazırda tarix elmləri doktoru olan Məryəm Seyidbəyli AMEA-da çalışır. İbrahim Ləmbəranski - “Şir evdən getdi” filminin Muradı, Əliş Ləmbəranskinin nəvəsi hazırda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqidir.











Paylaş: