Bəzi məmurlar kreslosu ilə fəxr edir — Tolik Elzadan danışdı, məmurları TƏNQİD ETDİ
Tarix: 18-07-2019, 12:28

BÉzi mÉmurlar kreslosu ilÉ fÉxr edir

Prodüser-aparıcı Tarix Əliyev (Tolik) canlı efirdə Elza Seyidcahanın şeirlərindən danışıb.
"Ölkə.Az"-ın məlumatına görə, Əliyev Seyidcahanın "Əşyalarım" şeirini bəyəndiyini və həmin şeiri dinləyərək ağladığını etiraf edib:
"Deyir, insan var ki, özü ölüb, amma əşyalarda gözü qalıb. Yəni əşya insanın həyatında önəmlidir. Bəzi məmurlar öz kresloları ilə fəxr edir. Amma Sultan Süleymana qalmayan dünya heç kimə qalmayacaq. Həmin şeirdə çox böyük məna var. Elza xanım bizim sevimlimizdir, əməkdar artistdir". 
Qeyd edək ki, Tolikin aparıcısı olduğu "Hər şey daxil" verilişinin bugünkü buraxılışı tanınmış aktrisa, əməkdar artist Nahidə Orucovanın doğum gününə həsr edilib.

Paylaş: