"Ərim gecələr gəzir"
Tarix: 17-07-2019, 12:38




Lera Kudryavseva İnstaqram səhifəsində ərinin gecə gəzintilərindən danışıb.

Sənətçi gecə səs-küyə yuxudan oyanıb və ərini yanında görməyib. Lera bundan bərk qorxub. Xoşbəxtlikdən məlum olub ki, Leranın əri kluba və ya başqa qadınların yanına qaçmayıb, sadəcə yuxuda gəzir və lunatikdir.

"Ərim yanımda yox idi. Bir stəkan su yatağa tökülmüşdü. Deyir ki, yuxuda yarasa uçduğunu görüb. Uzanıb düşünürəm", aparıcı belə yazıb.

İzləyicilər isə ona bunun adi hal olduğunu qeyd edib, başlarına gələn oxşar hadisələri yazıblar.

olke.az

Paylaş: