Conni Kleq vəfat etdi
Tarix: 17-07-2019, 10:41




Cənubi Afrika əsilli ingilis musiqiçi-bəstəkar Conni Kleq 66 yaşında dünyasını dəyişib.
O, 2015-ci ildə tutulduğu mədəaltı vəzin (pankreas) xərçəngi nəticəsində vəfat edib.
Kleq ağır xəstəliklə mübarizə aparsa da, konsertlər verməkdən, qastrol səfərlərinə getməkdən imtina etməyib.
Qeyd edək ki, Conni Kleq 1993-cü ildə “Qremmi”nin “Ən yaxşı albom” nominasiyası üzrə mükafatlandırılıb.(qafqazinfo.az)

Paylaş: