Arif Babayev: "Həyat yoldaşımdan çox razıyam"
Tarix: 16-07-2019, 16:13



Xalq artistləri Arif Babayev və Rafael Dadaşov verilişlərin birində qonaq olublar. 
UlduzumSan.Az-ın məlumatına görə, iki məşhur ilk sevgilərindən danışıblar.
R.Dadaşov sevgi haqqında bunları deyib: "İlk sevgiyə inanıram. Sevmişəm və hələ də sevirəm".
A.Babayev ilk sevdiyi xanımla ailə qurduğunu etiraf edib: "Ömrümdə bir dəfə sevib, həmin xanımla da ailə qurmuşam. Ölənə kimi də həyat yoldaşımı sevəcəm. Mənə onun kimi heç kim qulluq edə bilməz. Allahımdan və həyat yoldaşımdan çox razıyam".



Paylaş: