Azərbaycanlı aparıcı ərindən ayrılsa da, boşanmayıb
Tarix: 16-07-2019, 15:49




Məşhur aparıcı Zümrüd Bədəlova sosial şəbəkədə izləyicilərinin suallarını cavablayıb. 
Musavat.com xəbər verir ki, şəxsi həyatı ilə bağlı açıqlama verən Zümrüd həyat yoldaşından ayrılsa da, rəsmi boşanmadığını bildirib. O yenidən evlənməyi düşünmədiyini, ancaq 50 yaşında ailə qura biləcəyini əlavə edib. 

Aparıcı sevdiyi şəxsin olmadığını da bildirib. 

Qeyd edək ki, Bədəlova ailə qurduqdan sonra aparıcılıqdan uzaqlaşıb və Azərbaycandan köçüb. Bir qızı olan Zümrüd həyat yoldaşından ayrıldıqdan sonra Bakıya dönüb və efirə qayıdıb.


zumrud_bedelova_fan_59393378_110310073360808_835434274088522035_n.jpg (87 KB)

Paylaş: