Ermənilər Tahir Əkbərin mahnısını oğurladılar
Tarix: 16-07-2019, 12:36



Azərbaycanın daha bir sevilən mahnısı ermənilər tərəfindən oğurlanıb.
AzNews.az xəbər verir ki, Azərbaycanın sevilən bəstəkarı, mərhum sənətkar, əməkdar incəsənət xadimi Tahir Əkbərin mahnısı ermənilər tərəfindən oğurlanıb.
Sözləri Nəbi Xəzriyə, musiqisi Tahir Əkbərə məxsus “Heç küsməyin yeridirmi” adlı mahnı erməni qarmon ifaçısı Gagik Stepanyanın ifasında təqdim olunub.
Qeyd edək ki, Azərbaycanın bir çox sənətçilərinin repertuarında yer alan “Heç küsməyin yeridirmi” adlı mahnı 1986-ci ildə mərhum bəstəkar Tahir Əkbər tərəfindən bəstələnib. Mahnının ilk ifaçısı mərhum müğənni Məmmədbağır Bağırzadə olub.



Paylaş: