Səbinə: "Prodüser müğənninin şəxsi mülkü deyil"
Tarix: 15-07-2019, 17:19

SÉbinÉ:

Tanınmış prodüser Səbinə Rəcəbli həmkarlarını tənqid edib.
 "Ölkə.Az"-a danışan Rəcəbli onları müğənnilərə həddindən artıq üz verməkdə qınayıb:
"Bizdə prodüser deyiləndə ağıla başqa şeylər gəlir. Halbuki prodüser məhsulu istehsal edən və onu satan şəxsdir. Yəni, prodüser müğənnini tanıtmalı və onun ifalarını satmalıdır. Azərbaycanda bu peşənin nüfuzu çox aşağıdır. Əksər hallarda sənətçilər prodüserlərə ümumi gəlirin 5-10 faizini verirlər. Halbuki müğənni bir məkanda səhnəyə çıxmaq üçün prodüser günlərlə danışıq aparır".
S.Rəcəbli aşağı faizlə sənətçilərlə işləyən prodüserlərə səslənib:
"Niyə siz 5-10 faizə işləməlisiniz. O qədər başqa sahələr var ki, bundan artıq qazana bilərsiz. Prodüser müğənninin şəxsi mülkü deyil. Ən azş 30-40 faizə işləyə bilmirsizsə, bu sahədən uzaqlaşın".
Qeyd edək ki, uzun illər bır sıra məşhur sənət adamları ilə çalışmış Səbinə Rəcəbli, hazırda müğənni Leyla Nurun prodüseridir.

Paylaş: