"Hamıdan küsüb gedəcəyəm" – Flora Kərimova
Tarix: 13-07-2019, 11:31



Xalq artisti Flora Kərimova yeni mahnı üzərində işləyir
Müğənni bu haqda “Instagram” hesabında paylaşım edib. Xanım müğənni studiya görüntülərini paylaşaraq, “Hamıdan küsüb gedəcəyəm” adlı yeni mahnı çıxaracağını bildirib.
Müğənni 5 ildir ki, sağlamlıq problemləri səbəbilə istədiyi mahnıları ifa edə bilmədiyini diqqətə çatdırıb:
“5 il öncə həkimlər diaqnoz qoydular ki, qalxanabənzər vəzidən (el dili ilə zobdan) təcili əməliyyat olunmalısınız. Həyatım üçün çox riskli idi, həm də səs tellərimə toxunub, zərər verə bilərdilər. Çətinliklə də olsa, əməliyyat uğurla keçdi, lakin həkimlər oxumağıma uzun müddət qadağa qoydular. Baxmayaraq ki, evdə Yaqutumdan gizlin, oğrun-oğrun oxuyurdum. Müğənni üçün çox çətindir, yaşayasan, görəsən, ifalar eşidəsən, ancaq özün oxuya bilməyəsən. Artıq 5 il keçib və illərdir məni gözləyən yeni mahnıları, duetləri 78 yaşımda sizlərə sevgimlə, sayğımla ərməğan edirəm. Deyim ki, qadağalarla keçən sənət ömrümün bu il 65 yaşı tamam olur, ancaq mən hələ yenicə öyrəndim ki, Azərbaycanda mahnıları ən çox olan ifaçı elə özüm imişəm...”
pia.az

Paylaş: