Şou əhlinin bahalı yay tətili
Tarix: 13-07-2019, 10:27

Åou Éhlinin bahalı yay tÉtili

Yerli şou-biznes ulduzları toylardan vaxt tapan kimi qızmar havalarda xarici ölkələrə üz tuturlar. Kimi Avropada dincəlir, kimi qardaş Türkiyədə, kimi də ölkədən kənara çıxmayıb sərinlənmək üçün bağ evinə üz tutur.
UlduzumSan.Az oxu.az-aistinadən şou əhlinin sosial şəbəkədə yay istirahəti ilə bağlı paylaşımlarını təqdim edir.
Son günlər mərhum Xalq artisti İlhamə Quliyevanın “taxt-tacı”na namizədliyi mövzusu ilə gündəmi çalxalayan müğənni Roza Zərgərli həm ziyarət, həm də ticarət deyərək Türkiyəyə yollanıb. Bodruma gedən Rozanın “Instagram” hesabında paylaşdığı foto və videolar müzakirələrə səbəb olub.
Yayın istisindən hovuza girib sərinlənən Zərgərlinin üzmək qabilliyyəti izləyiciləri təəcübləndirib. Xanım müğənni, həmçinin Türkiyədə klip çəkdirəcəyi barədə məlumat paylaşıb.











Verdiyi konsertlərin sayını itirən populyar müğənni Zamiq Hüseynov istirahət üçün məhəbbət şəhərinə - Parisə üz tutub. Paytaxtı qarış-qarış gəzən Hüseynov şəhər haqqında təəssüratlarını izləyiciləri ilə bölüşüb:
“Bu şəhərdə çox olmuşam, nədənsə, heç vaxt bəyənmirdim. Amma bu dəfə sözün əsl mənasında vuruldum. Səyahəti çox sevirəm, harada oluramsa, çalışıram ki, bütün şəhəri, küçələri, tarixi yerləri nə qədər mümkündürsə, piyada gəzim. Çox ölkələr gəzirəm, bəyəndiklərim də, bəyənmədiklərim də var. Amma mənim üçün dünyanın ən gözəl ölkəsi Azərbaycan, ən gözəl şəhəri Bakımdır”.
Ölkənin ən reytinqli və bahalı layihəsi “Maşın şou”nun aparıcısı, layihə rəhbəri, Xalq artisti Murad Dadaşov da dincəlmək üçün Avropaya gedib. O, İtaliyanın Panarea adasında dincəlir, yaxta ilə dəniz gəzintisinə çıxır.
İtaliyada olan Dadaşov səyahət macəralarını “Instagram” hesabında yayımlayıb.
Müğənni Nadir Qafarzadə həyat yoldaşı Sevinclə birlikdə Türkiyədə istirahət edir. Antalyada yayın dadını çıxardan Qafarzadənin paylaşımları da özü kimi müzakirəsiz ötüşməyib.
Onun paylaşdığı sonuncu fotoların birində üzünü fotoşop proqramı vasitəsilə həddən artıq cavanlaşdırması izləyicilərin diqqətindən qaçmayıb. Sosial şəbəkə istifadəçiləri Nadirin bu addımını qınayıb, ona “fotoşopun ağını çıxartdı” mesajını yollayıblar.
Şəxsi həyatı ilə bağlı qalmaqallı açıqlamaları ilə gündəmin mərkəzinə düşən müğənni Şəbnəm Tovuzlu həmkarlarından fərqli olaraq yay istirahətini xaricdə deyil, Bakıda bağ evində keçirir.
Şəbnəm Novxanıda yerləşən dəbdəbəli bağ evində qızmar günlərdən gizlənmək üçün hovuza girib. Onun hovuzda olan görüntüləri ilə yanaşı, bağda çəkdirdiyi bir sıra foto və videoları izləyiciləri yaman qıcıqlandırıb. Onlar Tovuzlunun ünvanına xoş sözlər əvəzinə, tənqid və qarğışlar ünvanlayıblar. Nalayiq şərhlərlə üz-üzə qalan Şəbnəm izləyiciləri yıxıb sürüyüb.






Bütün bunlara rəğmən, müğənni aktiv şəkildə bağ evində fotolar çəkdirərək onları sosial media hesabından paylaşmaqdan vaz keçmir. 



Paylaş: