Sosial şəbəkə fenomeninə yazdığı tvitə görə — 7 İL HƏBS CƏZASI
Tarix: 12-07-2019, 15:18

Sosial ÅÉbÉkÉ fenomeninÉ yazdıÄı tvitÉ görÉ

“PuCCA” ləqəbli sosial şəbəkə fenomeni Selen Pınara məhkəmənin hökmü ilə 7 il həbs cəzası verilib.
“Ölkə.Az” xəbər verir ki, Selen “narkotik maddələrin istifadəsini təbliğ etmə” maddəsi ilə ittiham edilib. Hakim cəzanı 5 il 10 aya qədər azaldıb.
Pınar may ayında hakim qarşısına çıxmışdı. O, İnstaqramda paylaşdığı video ilə cəzası barədə məlumat verib.
“Salam dostlar. Bir az əvvəl 7 il həbs cəzasına məhkum edildim. Eskobara aid yazdığım tvit buna səbəb olub. Heç Eskobara belə cəza verilməyib. Mən sizə nə etdim? Mən nə edəcəm?”- deyə “PuCCA” deyib.





Paylaş: