Adriananın yeni türk sevgilisi ofisianta 1600 manatlıq bəxşiş verdi
Tarix: 12-07-2019, 13:14



Dünyaca məşhur model Adriana Lima eşq yaşadığı türk iş adamı Emir Uyarla gündəmə gəlib.
Open.az xəbər verir ki, Uyar sevgilisi ilə getdiyi restoranda verdiyi hesabla diqqətləri cəlb edib.
Ona 2 min 180 avro hesab gəlsə də, Emir ofisianta 3 min avro verib.
Beləliklə iş adamı bir ofisianta 820 avro (1600 AZN) bəxşiş verib.
Türk mediası Emirin Adriananın öncəki sevgilisi Metin Haraya nisbətən daha əsəbi və gərgin birisi olduğunu yazıb.


Adriananın yeni türk sevgilisi ofisianta 1600 manatlıq bəxşiş verdi - FOTO

Paylaş: