"Bizə lazım olan yalnız sevgidir" – Safura
Tarix: 11-09-2017, 12:25


"Eurovision 2010" beynəlxalq mahnı müsabiqəsində iştirak edən Safura Əlizadə izləyiciləri üçün toy fotosunu paylaşıb. O, fotoya "Bizə lazım olan yalnız sevgidir. Hər zaman sevin və sevilin" şərhini yazıb. Qeyd edək, hazırda Türkiyədə yaşayan Safura mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyev ilə ailə qurub. Cütlüyün İsgəndər adlı bir uşağı var. O, ikinci uşağına hamilədir.

PrimeTime.az

Paylaş: