Azərbaycan və türkiyəli aktyorların müştərək işi: "Hərəkət səkkiz"
Tarix: 12-07-2019, 10:03




Aktrisa Pərvin Abıyeva, onun azərbaycanlı həmkarları İslam Mehrəliyev, Elcan Rəsul, tanınmış türkiyəli yumor ustası Kamal Sunalın (Şaban – red.) oğlu Əli Sunalla birgə "Hərəkət səkkiz" adlı komediya filmində rol alıblar.
Sputnik Azərbaycan xəbər verir ki, P.Abıyeva şəxsi "Instagram" hesabında bununla bağlı məlumat paylaşıb. Aktrisa filmdən fotolar yayımlayaraq, ekran işinin oktyabr ayından etibarən kinoteatrlarda nümayiş olunacağının anonsunu verib.
Filmdə rus mafiyasının izinə düşən bir qrup polisin başına gələn gülməli hadisələrdən və onların dünyanı xilas etmə cəhdlərindən bəhs edilir.
Qeyd edək ki, filmin bir hissəsi İstanbulda lentə alınıb. Baş rollarda Əli Sunal, Hakan Bilgin, Gürgen Öz, Onur Atilla, Devrim Yakut və Hande Katipoğlu yer alıblar. Rejissor işi Əli Yorqancıoğluna həvalə edilib.


Paylaş: