Deniz Çakır bu fotolara görə məhkəməyə müraciət edir
Tarix: 6-06-2017, 17:51




Deniz Çakır bir neçə gün əvvəl evinin balkonunda istirahət edərkən paparazzilərin obyektivinə tuş gəlib.




"Ölkə.Az" xəbər verir ki, bu məsələdən əsəbləşən aktrisa məhkəməyə müraciət etməyə hazırlaşır.
Məşhur aktrisa Deniz Çakır bir neçə gün əvvəl günorta saatlarında evinin balkonunda oturarkən fotoları çəkilib. Aktrisanın Kuruçeşme yolu üstündəki evinin balkonunda yaxın dostu aktyor Ekrem Yücelten ilə səmimi söhbəti obyektivlərə tuş gəlib. Çakır isə bu məsələdən bərk əsəbləşib və məhkəməyə müraciət edir. Fotoda evin alt mərtəbəsindəki restoranın adı da düşüb. Fotolar sayəsində evinin asanlıqla tapılacağını bildirən Çakır məhkəməyə müraciət edərək maddi və mənəvi təzminat tələb edəcək. 
Ötən il Bebekdə yaşayan aktirsa Nurgül Yeşilçay da balkonunda fotoları çəkildiyi üçün Ulus səmtinə köçmüşdü.







Paylaş: