"Hava yenə küləklidi... O gün kimi..." – Aybəniz Haşımova şəhid ərindən DANIŞDI
Tarix: 10-07-2019, 11:45



"Hava yenə küləklidi... O gün kimi... 10.07.1992-ci il!".

Bu sözləri əməkdar artist Aybəniz Haşımova Qarabağda şəhid olmuş həyat yoldaşı Xalid Quliyevlə bağlı xatirələrini bölüşərkən bildirib.

"Əslində, mən onun şücaətlərinin böyük pərəstişkarıyam. Hər dəfə döyüş yoldaşları uğrunda fəda olduğu Ağdərənin 7 kəndinin yenidən özümüzə qayıtmasında bilavasitə Xalidin şücaətinin olmasından danışdıqca, sonda 3 dostunu mühasirədən qurtardıqdan sonra idarə etdiyi zirehli maşının minaya düşməsi nəticəsində həlak olmasını söylədikcə, həm qürurlanır, həm də kövrəlirəm" - Aybəniz Haşımova.

Qarabağ müharibəsi şəhidi, 1992-ci ilə qədər Təhsil Nazirliyi nəzdində Təcrübə sınaq zavodunun Baş mühəndis və sonra Baş direktor işləmiş Xalid Huseynxan oglu Quliyev cəbhəyə könüllü getmişdi.

1962-ci il təvəllüdlü X.Quliyev 10 iyul 1992-ci ildə Qarabağda Naxçıvanik kəndi yaxınlığında döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Həyat yoldaşı - tanınmış müğənni, Əməkdar artist Aybəniz Haşımova, qızı - gənc müğənni Aynişan Quliyevadır.

Vaxtilə təhsil aldığı Nizami rayonunda yerləşən 62-li lisey indi şəhidin adını daşıyır. Yaşadığı küçəyə də Xalid Quliyevin adını veriblər. Xalid Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif olunub. 

"Hava yenə küləklidi... O gün kimi..." – Aybəniz Haşımova şəhid ərindən DANIŞDI

modern.az

Paylaş: