Afaq Bəşirqızının iştirakı ilə 109-cu teatr mövsümü başa çatır
Tarix: 10-07-2019, 11:25

Afaq BÉÅirqızının iÅtirakı ilÉ 109-cu teatr mövsümü baÅa çatır

İyulun 14-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrı 109-cu mövsümünü başa vuracaq.
Open.az xəbər verir ki, həmin gün milyonların sevimli gülüş ustası, Xalq artisti Afaq Bəşirqızının iştirakı ilə dahi Üzeyir Hacıbəylinin ölməz əsəri – “O olmasın, bu olsun” iki hissəli musiqili komediyası nümayiş olunacaq.
Qeyd edək ki, sonuncu quruluşun premyerasından – 1998-ci ilin dekabr ayından indiyə qədər teatrın repertuarında uğurla nümayiş olunan tamaşanın rejissoru Xalq artisti, "Şöhrət" ordenli Cənnət Səlimovadır.
Mədəniyyət Nazirliyinin "Zirvə" Mükafatına layiq görülmüş bu tamaşada Xalq artisti Afaq Bəşirqızı ilə yanaşı Əməkdar artistlər – Şövqi Hüseynov, Novruz Qartal, Ələkbər Əliyev, Əzizağa Əzizov, Əkbər Əlizadə, Nadir Xasıyev, aktyorlar – Məhərrəm Qurbanov, Ağaxan Şərifov, Səməd Xasıyev, Telnaz Hüseynova, Elməddin Dadaşov, Fərid Rzayev, Aydan Həsənova, Təranə Əliyeva, Rüstəm Rüstəmov, Əli Kərimov, Murad Əliyev və başqaları çıxış edəcəklər.

Paylaş: