“Ümumiyyətlə, televiziyalarımızda toy bazarından uzaqlaşmaq lazımdı"
Tarix: 10-07-2019, 09:42



“Özəl telekanallarımızda mədəniyyətimizə və mənəviyyatımıza layiq olmayan verilişlər var”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Ramiz Quliyev telekanallarımız haqda danışarkən deyib. 

R.Quliyev bildirib ki, bizim uğurlarımıza bütün dünya şahidlik edir:

“Ən əsası odur ki, Azərbaycan Televiziyasında və radiosunda yeni bir ruh, əhval-ruhiyyə yaranıb, bunu hiss edirəm. Cənab prezidentin bir çox sahələrdə olduğu kimi, televiziya məkanında da tamaşaçılara maarifləndirici verilişlərin təqdim olunması üçün Bədii Şuranın yaradılmasıyla bağlı verdiyi sərəncamı təqdirəlayiq bir işdir. Mən özüm də bir ziyalı, mədəniyyət işçisi olaraq Bədii Şuranın üzvüyəm. Burda həm məzmunundan, məna baxımından daha çox əhəmiyyət kəsb edən, insanın formalaşması üçün çox böyük işlər görülür. Bu həm də tamaşaçı kimi ürəyimi açır və buna sevinirəm. 

Əlbəttə bununla yanaşı, iradlarım da var. Özəl telekanallarımızda mədəniyyətimizə və mənəviyyatımıza layiq olmayan verilişlər var. Yəni mədəniyyətimizi, dövlətçiliyimizi və tariximizi necə qoruyuruqsa, televiziya məkanında da bunlar nəzərə alınmalıdır. Bu gün əldə etdiyimiz naliyyətlərə təkcə biz yox, bütün dünya baxır. Ümumiyyətlə, televiziyalarımızda toy bazarından uzaqlaşmaq lazımdır. İki gün öncə Şəki Xan Sarayının UNSEKO-nun qeydiyyatına düşməsi də bizi çox sevindirdi”. 

Paylaş: