Renka "Alov qadını" olarsa – Fotosessiya
Tarix: 11-09-2017, 08:39



Bu fotolar haqda hələ çox danışılacaq.

UlduzumSan.Az xəbər verir ki,  tanınmış oriyental rəqqasə Renka  yeni fotosessiyaya imza edib.
  Yenə də tanınmış fotoqraf  Pərviz Salıyevin  fotokamerası önünə keçən cazibədar rəqqasə, geyimində və dodaq boyasında qırmızı rəngə üstünlük verərək  bir-birindən iddialı pozalar verib. Məlumat üçün bildirək ki, qırmızı rəngi sevənlər parlaq olduğu qədər həm də cəsarətlidirlər. Bu rəng "lider olmaq" istəyi daşıyan və bu arzusuna çatan insanların seçimidir.  Peşəkar rəqqasənin " Alov qadını " obrazını yaratmış şəkilləri haqda da çox danışılacaq kimi görünür.

Vətənimizin gözəl bölgələrin birində yeni imici ilə fotosessiya etdirən Renka  orada baş verənlər haqda danışıb: "Bölgələrin birində fotosessiya etdirdim. İsti və günəşli havada dağların fonda görünməsi üçün çox əziyyətlər çəkdik. Peşəkar  komanda ilə çalışmışam".
Belə ki, Renkanın saç düzümü  və "make -up"ı üzərində Günay Mustafa çalışıb.

Qeyd edək ki, layihənin prodüseri  bacısı Səadətdir.  







Paylaş: