Dələduzluq edən müğənninin şikayəti təmin edilməyib
Tarix: 9-07-2019, 10:14



Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən “Velizadə prodakşn”ın rəhbəri Tural Vəlizadənin barəsində olan hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Hakimlər kollegiyasının qərarına əsasən onun şikayəti təmin edilməyib. 
Qeyd edək ki, T. Vəlizadə 4 nəfərə qarşı dələduzluq etməkdə ittiham olunur. O, azərbaycanlı iş adamlarına Türkiyənin tanınmış müğənniləri - Sıla və Ebru Gündeşi Bakıya gətirib konsert təşkil edəcəyini vəd edib. T. Vəlizadə, ümumilikdə, həmin şəxslərdən 200 min dollar pul alıb. Lakin sonradan vədinə əməl etməyib. Təqsirləndirilən şəxs “Velizadə prodakşın”ın rəhbəri olmaqla yanaşı, müğənnilik də edib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan T. Vəlizadə apelyasiya şikayəti verib.

Paylaş: