Fransada “Artsaxa azadlıq və sülh” şüarıyla konsert keçirildi-Rəzalət...
Tarix: 9-07-2019, 08:59



Fransanın Martiq şəhərində Azərbaycanın işğal altındakı torpaqlarında qondarılmış separatçı-terrorçu rejimə dəstək  məqsədli konsert verildi.

Moderator.az xəbər verir ki, Xankəndidəki erməni nəşrlərinin yaydığı məlumata görə, üzdəniraq tədbir  “Artsaxa azadlıq və sülh”  devizi altında keçirilib. 1600 nəfərin iştirak etdiyi konsert ATƏT həmsədri olan ölkədəki erməni təşkilatlarının təşəbbüsü ilə təşkil edilib. Səhnənin üzərində qondarma erməni rejiminin "bayrağı" asılıb... 





Konserti keçirməkdə ermənilərin məqsədi separatçı rejimin “azadlıq” və  “Azərbaycanın təzyiqləri altında olsa da, beynəlxalq səviyyədə tanınma cəhdi”nin  Fransa ictimaiyyətinə çatdırımaй olub.  Tədbirdə Martiq şəhərinin meri separatçı-terrorçu rejimin Fransadakı nümayəndəsi ilə birgə iştirak edib.

Paylaş: