20 yaşlı aktyor qəfil öldü
Tarix: 8-07-2019, 08:42



20 yaşlı amerikalı aktyor Kemron Boys dünyasını dəyişib.
Axar.az yerli mediaya istinadən xəbər verir ki, Boys yatıb və bir daha oyanmayıb.
Gənc aktyor uzun müddət idi ki, ağır xəstəliklə mübarizə aparırdı.
Qeyd edək ki, K.Boys 1999-cu ildə doğulub. O, “Güzgülər” və tanınmış aktyor Adam Sendlerlə birgə çəkildiyi “Sinif yoldaşları” filmləri ilə məşhurlaşıb.
Həmçinin “Disney” kanalında yayımlanan “Cessi və Varislər” ekran əsərlərində rol alıb.

Paylaş: