Tunarın ad günü hədiyyəsi
Tarix: 4-07-2019, 17:53



Bu gün müğənni Tunar Rəhmanoğlu üçün özəl gündür. 
UlduzumSan.Az-ın məlumatına görə, ifaçının ad günüdür. O, "İnstagram" səhifəsində yenicə dünyaya gələn övladı Alirahmanın şəklini yayımlayaraq, bu sözləri yazıb: "Yeni dünyaya gəlmiş oğlum bu zamana qədər aldığım ən dəyərli doğum günü hədiyyəmdir. Məni ad günü münasibəti ilə təbrik edən hər kəsə təşəkkür edirəm".
Onun bu paylaşımı izləyiciləri tərəfindən olduqca bəyənilib. Sosial şəbəkə istifadəçiləri sənətçinin və övladının ünvanına xoş sözlər yazıblar.




Paylaş: