Omba sümüyü sınan 91 yaşlı aktyor: "Qocalmağa vaxtım yoxdur"
Tarix: 4-07-2019, 17:22



Türkiyənin görkəmli teatr xadimi, Dövlət Sənətçisi Haldun Dormen ötən gün xəstəxanaya yerləşdirilib.
Open.az türk mətbuatına istinadən xəbər verir ki, 91 yaşlı aktyorun omba sümüyü sınıb.
Hadisənin harada və necə baş verdiyi haqqında məlumat verilməyib.
Haldun Dormen bir müddət əvvəl Trabzon şəhərində tamaşaçılar qarşısında çıxışında: "Qocalmağa vaxtım yoxdur. Bu yaşda belə həyatsevər olmağımı insanlara qarşı olan sevgimə və sənətimi çox sevməyimə borcluyam. Ümidi itirmək olmaz. Ümit günəşə tərəf qaçmaqdır. Sənətiniz nə olursa olsun, həyata ümidinizi itirməyin. Həyatda enişlər, çıxışlar hər zaman olur. Mən teatr xadimi olaraq o qədər çətin sınaqlardan keçmişəm ki?..."
Qeyd edək ki, Əhməd Haldun Dormen 1928-ci ildə Mersində ziyalı ailəsində dünyaya gəlib.
Türkiyənin çox görkəmli pedaqoq müəllimi, rejissoru, aktyoru, dramaturqu və tərcüməçisidir.
Haldun Dormen məktəbinin məzunları olan onlarla sənətkar, Türkiyənin ən məşhur teatr və kino xadimidir.



91 yaşlı aktyorun omba sümüyü sınsa da, Qocalmağa vaxtım yoxdur

Paylaş: