"Həkimlər əllərindən gələni edir, ayağımdakı xəstəliklə “vuruşurlar”" - Xalq artisti
Tarix: 4-07-2019, 09:34



Artıq bir müddətdir ki, ayaqlarındakı problemə görə Mərkəzi Klinika Xəstəxanasına yerləşdirilən Xalq artisti Canəli Əkbərovun müalicəsi davam edir. 

C.Əkbərov Moderator.az-a açıqlamasında hələ ki, ayaqlarında irəliləyişlərin olmadığını və yeriyə bilmədiyini deyib:

“Hələ də xəstəxanada müalicə olunuram. Həkimlər əllərindən gələni edir, ayağımdakı xəstəliklə “vuruşurlar”. Uzanmışam, yeriyə bilmirəm. İki ayağımda da problem var və heç özüm də bilmirəm ki, nə xəstəlikdir. İnşallah ümid edirəm ki, hər şey yaxşı olar. Nə vaxt evə buraxılacağım barədə hələ heç nə demirlər”. 

Paylaş: