Azərbaycanın ilk rok qrupunun yaradıcısı dəfn olunub
Tarix: 3-07-2019, 12:24




Ötən gün vəfat edən bəstəkar və rok ifaçısı, Aərbaycanın ilk rok qrupu olan “Yuxu” və “Sirr” qruplarının yaradıcısı İbrahim Emin Sumqayıtda dəfn olunub.
“Report”un məlumatına görə, onun cənazəsi 8-ci mikrorayon, 12/34 ünvanında yaşadığı mənzilindən götürülüb. 
Mərhum Corat qəbiristanlığında valideynlərinin məzarı yanında torpağa tapşırılıb.
Qeyd edək ki, İ.Emin iyulun 2-də axşam saatlarında 56 yaşında dünyasını dəyişib.
Xatırladaq ki, o, 1986-cı ildə “Yuxu” qrupunu, 2004-cü ildə “Sirr” qrupunu yaradıb. Qrupun ifa etdiyi mahnıların sözlərini və musiqisini bəstələməklə yanaşı qrupda bas gitara da ifa edib. Qrupun 2014-cü ildə "Yoruldum" adlı albomu işıq üzü görüb.

Paylaş: