Oliver Stoun Donald Tramp haqqında film çəkəcək
Tarix: 3-07-2019, 12:17



Rejissor Oliver Stounun növbəti filmi ABŞ Prezidenti Donald Tramp haqqında ola bilər.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə O.Stoun Taorminada (Siciliya) keçirilən və münsiflər heyətinə başçılıq etdiyi film festivalında bildirib.
"Hamı məndən Tramp haqqında film çəkməyi xahiş edir, gec-tez bu, olacaq. Yəqin ki film 2008-ci ildə sabiq prezident Corc Buş haqqında çəkdiyim "Bush" (W.) kimi komediya janrında olacaq", - O.Stoun deyib.
Onun sözlərinə görə, son 30 ildə ABŞ-ın xarici siyasəti dəyişməyib.
Qeyd edək ki, O.Stun ABŞ-ın son illərdəki siyasətinin tənqidçisi kimi tanınır. O, Fidel Kastro, Uqo Çaves və Vladimir Putin haqqında sənədli filmlərin müəllifidir.

Paylaş: