Əməkdar artistin ürəyinə stend qoyuldu
Tarix: 3-07-2019, 10:46



"Mən özümü sağlam hiss edən, sağlam yaşayan adam olmuşam. Ürəyimin ağrısı birdən tutdu. Heç necə oldu, bilmədim..."
Bu fikirləri Open.az-a özəl açıqlamasında Əməkdar artist, "M. Teatr Production"un bədii rəhbəri Vidadi Həsənov deyib.
Ötən gün təcili əməliyyat olunan aktyorun ürəyinə stend yerləşdirilib. Hazırda palataya köçürülən aktyorun vəziyyəti stabildir. Vidadi Həsənov bu gün səhər tikişlərinin söküldüyünü deyib : "Səhər tezdən həkimlər gəlib, ümumi müayinə etdilər. Tikişlərim söküldü. Hələlik bir stend qoyulub. Amma biri də lazımdır. Yəqin bir neçə aydan sonra o birini də etdirərik. Şükür Allaha ki, indi özümü stabil hiss edirəm. Əslində özümü sağlam hiss edirdim. Amma qəfildən necə pis olmuşam, məni bura necə gətiriblər heç xəbərim olmayıb. İnşallah, hər şey yaxşı olar. Uzun illər siqaret çəkmişəm. Bunun da mənfi təsirləri olub. Bundan sonra siqareti tərgitməyə məcbur yox, məhkumam".
Qeyd edək ki, 61 yaşlı Vidadi Həsənov Azərbaycanın görkəmli teatr və kino xadimidir. YUĞ Dövlət Teatrı yarandığı vaxtdan bu günədək orada çalışır, həmçinin Mədəniyytə və İncəsənət Universitetinin dosentidir.
2016-cı ildən "M. Teatr Production"un bədii rəhbəridir

Paylaş: