Azərbaycanın ilk rok qrupunun yaradıcısı vəfat edib
Tarix: 3-07-2019, 09:39



Azərbaycanın ilk rok qrupu olan "Yuxu"nun yaradıcısı İbrahim Emin vəfat edib.
UlduzumSan.Az APA-ya istinadən bildirir, İ.Emin bu gün 56 yaşında dünyasını dəyişib.


Yuxunun yaradıcısı İbrahim Emin



Qeyd edək ki, İbrahim Emin 18 may 1963-cü ildə Sumqayıt şəhərində anadan olub. 1986-cı ildə "Yuxu" qrupunu yaradıb. Qrupun ifa etdiyi mahnıların sözlərini və musiqisini bəstələməkdən başqa qrupda bas gitarist kimi ifa edib.
İbrahim Emin 2004-cü ildə Sumqayıtda “Sirr” qrupunu yaradıb. Qrupun 2014-cü ildə "Yoruldum" adlı albomu işıq üzü görüb.


Paylaş: