Əməkdar artist Amerikada vəfat edib
Tarix: 2-07-2019, 10:53



RSFSR-nin əməkdar artisti, Rusiyanın teatr və kino aktrisası Nadejda Çeredniçenko ABŞ-da vəfat edib.
Open.az rus mətbuatına istinadən xəbər verir ki, 91 yaşlı aktrisanın ölüm xəbərini Rusiya Federasiyasının Kinematoqrafçılar İttifaqı yayıb.
Çəkildiyi uşaq filmlərindən yaxşı tanınan aktrisa, Ukraynada anadan olub. Operator Pyotr Todorovskinin həyat yoldaşı olan aktrisa uzun illər əvvəl ABŞ-na köçüb və bütün ömrünü orada yaşayıb.
Dünyasını da qürbətdə dəyişən aktrisa "Dünya çempionu", "Matros Çijik", "Naməlum koordinatlar" və.s. filmlərdə rol alıb.

Paylaş: