"Konsert üçün Sami Yusif bizi özü seçmişdi...”
Tarix: 2-07-2019, 09:05



Əslən Cənubi Azərbaycandan olan və Londonda yaşayan məşhur müğənni Sami Yusifin dünən Bakıda Heydər Əliyev Mərkəzində konserti baş tutub. Konsrestdə bizim sənətçilərdən də iştirak edənləri olub. 

Konsertdə muğam ifa edən Əməkdar artist Təyyar Bayramov Moderator.az-a açıqlamasında öz müsbət fikirlərini bölüşüb:

“Konsert çox möhtəşəm keçdi. Bu müğənni Sami Yusifin konserti idi, dövlət tərəfindən təşkil edilmişdi, amma biz də iştirak edirdik. Konsertdə mən, Əməkdar artist Sevda Ələkbərzadə və aşıq Samirə çıxış etdi. Konsert dövlət tərəfindən təşkil olunmuşdu, amma orda ifa edən azərbaycanlı müğənniləri Sami Yusif öncədən dinləyərək özü seçmişdi”.  
 
Qeyd edək ki, Heydər Əliyev Mərkəzində UNESKO-nun İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimi münasibətilə baş tutub. Konsertdə Birinci vitse-prezident Mehriban xanım Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva izləyib.

Paylaş: