Anar Nağılbaz yenidən Bakı səhnəsində
Tarix: 8-09-2017, 09:40


Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə Mərkəzin təşkilatçılığı ilə keçirilən "Retro Bakı" layihəsinin növbəti konsertləri 08-09 avqust, saat 19:00-da Fəvvarələr Meydanında baş tutacaq. Bu barədə UlduzumSan.Az-a Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Bu həftə "Retro Bakı"nın qonaqları tanınmış müğənnilər İlqar Sail, Samir Rəcəbov və Elxan Çələbi, reper Anar Nağılbaz maraqlı repertuarla paytaxt sakinləri və qonaqlarının görüşünə gələcək.
Qeyd edək ki, layihə əhalinin və turistlərin asudə vaxtının xoş keçməsi, Azərbaycan musiqi incilərinin, korifey bəstəkarların əsərlərinin səsləndirilməsi məqsədini daşıyır. Konsertlər hər həftə cümə və şənbə günləri sentyabırın 15-dək davam edəcək.

Paylaş: