Rusiyada məşhur olan xarici rejissor vəfat edib
Tarix: 1-07-2019, 11:10



Rusiyada yaşayan məşhur Çili rejissoru və ssenaristi Sebastyan Alarkon vəfat edib.
Open.az rus mətbuatına istinadən xəbər verir ki, 70 yaşlı rejissorun ölümünə səbəb onkoloji xəstəlik olub.
1949-cu ildə Çilidə anadan olan rejissor 1971-ci ildə Rusiyada Dövlət Kinematoqrafiya İnstitutuna (VGİQ) daxil olub. 1973-cü ildə Çilidə dövlət çevrilişi baş verdiyinə görə SSRİ-də qalıb. Rejissor doğma vətəninə 1990-cı illərdə qayıdıb.
2010-cu ildə yenidən Rusiyaya qayıdan rejissor VGİQ-də müəllim kimi fəaliyyətini davam etdirib.
"Çilidə gecə", "Yaquar", "KQB-nin agentləri də aşiq olurlar" və s. maraqlı filmləri ekranlaşdıran rejissorun filmləri dəfələrlə Rusiya və Beynəlxalq kinofestivallarının qalibi olub.
Sebastyan Alarkonun keçmiş həyat yoldaşı, rusiyalı kinoşünas Tatyana Yakovlevanın verdiyi açıqlamaya görə, mərhum rejissorla vida mərasimi iyulun 4-də Moskva Kino Evində keçiriləcək.

Paylaş: