“Limon suyu deyil, vodkalı kokteyldir”
Tarix: 1-07-2019, 10:59

Azərbaycanlı müğənni çimərlik geyimində rəqs etdi, Mətanət Əsədovaya söz atdı




Azərbaycanlı müğənni Səmanın çimərlik geyimində rəqs edərkən videosu yayılıb.
“Ölkə.Az” xəbər verir ki, o, Türkiyədə istirahət mərkəzlərinin birində çəkilən videosunu İnstaqram səhifəsində paylaşıb. Sarı rəngli çimərlik geyimində rəqs edən müğənni “limon suyu” mövzusunda ifaçı Mətanət Əsədovaya da söz atmağı unumayıb. Belə ki, əlində içdiyi kokteylə işarə edərək: “Limon suyu deyil, vodkalı kokteyldir ” deyə qeyd edib.
Qeyd edək ki, Səma Sərvərzadə müğənnilikdən çox açıq-saçıq fotosessiyaları ilə tanınır.




Paylaş: