“Beren tətildədir” dedilər, ticarət mərkəzindən çıxdı
Tarix: 29-06-2019, 09:56




Türkiyənin pop ulduzu Kənan Doğulunun bu ilə olan ilk yay konsertində Beren Saatın iştirak etməməsi müzakirələrə səbəb olub.  “Qafqazinfo” xəbər verir ki, əvvəlcə aktrisanın qayınanası Serpil Doğulu açıqlamasında Berenin tətildə olduğunu bildirib. 
Lakin həmin gün kino və serial ulduzu ticarət mərkəzlərinin birində görüntülənib.  Beren alış-veriş etdiyini, hər şeyin qaydasında olduğunu bildirib. 

Xatırladaq ki, S. Doğulu ötən gün Kənanla Berenin boşanmadığını, münasibətlərinə davam etdiyini vurğulamışdı. 







Paylaş: