“Ağır əməliyyat keçirdim, amma addımını qoyub mənə baş çəkmədi...”
Tarix: 29-06-2019, 09:45



Xəbər verdiyimiz kimi Xalq artisti Canəli Əkbərov ayaqlarında yaranan problemə görə bir neçə müddətdir ki, xəstəxanada müalicə olunur. Onu ziyarət edən həmkarları sırasında küsülü olduqları da var və onlar belə bir gündə barışıblar. C.Əkbərovun küsülü olduğu həmkarı Xalq artisti Mənsum İbrahimov da ona baş çəkib. 

Bəs görən onunla küsülü olan həmkarı Xalq artisti Arif Babayev Canəli müəllimə baş çəkibmi?

Moderator.az-ın sualını cavablandıran Xalq artisti A.Babayev hazırda Bakıda olmadığını və bir vaxt özü əməliyyat olunarkən C.Əkbərovun ona baş çəkməməsindən gileyləndi:

“Mən Bakıda deyiləm, indi Qaxdayam. Bilirsiniz ki, mən özüm ağır əməliyyat keçirdim, 13 gün xəstəxanada yatdım. Olardı bir yoldaş kimi addımını qoyub mənə baş çəkərdi. Amma buna baxmayaraq mən Bakıda olsaydım, ona baş çəkərdim. Mən belə şeylərə fikir vermirəm. İnsan xəstə olanda gərək ona dəyəsən. Allah Canəli müəllimə şəfa versin. Arzu edirəm ki, tez sağalıb ayağa qalxsın”.  

Paylaş: