"Hər səhər ondan mesaj almasam əhvalım korlanır" -azərbaycanlı aparıcı
Tarix: 28-06-2019, 15:47



Müsahibimiz Lider televiziyasında yayımlanan "Xoş ovqat" proqramının aparıcısı Seyran Əliyevadır.

Seyran xanım, xoş gördük. Çoxlarına bəllidir ki, siz Lider telekanalında “Xoş ovqat” proqramının aparıcısınız. Bundan öncə hansısa verilişi aparmısınızmı? Bu sahədə ilk dəstəyi kim etdi?

- Xoş gördük. Bu mənim ilk verilişim deyil. Bundan öncə də veriliş aparmışam. Dəstəyə qaldıqda isə, Lider telekanalında çalışan rejissor Aynurə Səmədovadan almışam. Eyni zamanda, aparıcı həmkarım Namiq Fərhadoğlu da dəstək olub. Şou-biznesdən tanıdığım dostlarım heç biri dəstək olmadı.

Televiziya sahəsində sizdən öncə çalışan qohum var idimi? Çətlinliyə düşdükdə ilk zəngi kimə edirsən?

- Yox, nəsildə bu sahə ilə məşğul olan, tanınan bir insan yoxdur. Ən çətin zamanımda isə əmim, əmim qızları, bibim və ailəsi mənə həmişə dəstək olublar. Ümumiyyətlə, mənim sirrim yoxdur, nəyim varsa hər kəs bilir. Bu cəhətdən sadəlövhəm, ürəyimi hamıya açıram.

Ciddi xəbər verilişi aparmaq barədə düşünmüsünüzmü?

- Əslində apara bilərəm. Ümumiyyətlə, mən ciddi insanları və ciddi yerləri sevirəm. Ciddiliyə çox önəm verirəm. Amma belə xəbər formatı aparmaq haqqında hələki özümü hazır görmürəm. 

Afaq Gəncəli, Tarix (Tolik) Əliyev, Mikayıl Güllədinoğlunu necə xarakterizə edə bilərsiz?

- Afaq xanımı bir xanım kimi çox bəyənirəm. Baxımlı olması ilə yanaşı efirdə gözəl səslənən səsi var. Tarix Əliyev isə mərd oğlandır. Heç kəsdən çəkinmir, doğruları üzə deyir. Onu çox vaxt haqqın tərəfində görürürəm. Mikayıl Güllədinoğlu? O kimdir? Tanımadım... Bəlkə də, üzdən görsəm tanıyaram. 

Ən qalmaqallı efirin hansı olub?

- Ən qalmaqallı veriliş müğənni Ayaz Babayevlə Lider maqazin verilişi olub. Naxçıvan ləhçəsi ilə danışmağım səs-küyə səbəb olmuşdu.

Sizi dəvət olduğunuz tədbirlərdə belə çox az görürük. Niyə tez-tez görünmürsünüz?

-Mən tünlük yerləri sevmirəm. Şou-biznes insanı olsam da, sakit yerlərin həvəskarıyam.

Yayda dincəlmək üçün haranı seçmisiz?

- Heç yeri seçməmişəm. Hələki başım işlərimə qarışıb. Yəqin ki, istahətə də vaxt ayıracam. Daha çox ailəmlə vaxt keçirirəm. Qohumlarımın evinə gedirəm, bir də evdə kinoya baxmağı sevirəm.

Seyranı xoşbəxt edən nədir?

-Məni xoşbəxt edən hər gün gözümü ailəmlə birgə açmağımdır. Telefonuma gələn, mənim üçün dəyərli olan şəxsin mesajlarıdır. Onu da deyim ki, həmin şəxsin mesajı və ya videosu gecikərsə əhvan -ruhiyyəm korlanır. Yəni, səbrsizliklə onu gözləyirəm.

Əcnəbi ilə ailə qurardınız?

-Xeyr, qurmazdım. Amma heç vaxt deməyi də sevmirəm. Çünki bəlkə zaman gələr heç vaxt dediym hadisə başıma gələr. Sadəcə, azərbaycan vətəndaşı ilə ailə qurmaq istəyərəm. 

Tanımasaydım, özündən razı biri olduğunu düşünərdim. Həqiqətən də, özünüzdən razısınız, yoxsa elə görünürsüz?

- Özümdən razıyam düzdür. Özümü hər kəsdən çox sevirəm. Kim özündən narazıdırki?!

Sükan arxasında olmağı sevirsiniz? 

- Bəli sevirəm. Amma hazırda avtomobilim yoxdur. Balaca ölçülü maşınları sevmirəm, böyük ölçüdə maşın almağa isə imkanım yoxdur. Ona görə də, sürücü ilə gəzirəm. 

Seyran xanım, səmimi müsahibə üçün sizə təşəkkür edirəm. 

-Siz sağ olun!

Paylaş: