Yalçın Səlimova kömək məqsədilə xeyriyyə aksiyası keçiriləcək
Tarix: 28-06-2019, 10:54



İyunun 29-da Sumqayıt Dövlət Dram Teatrında Hüseynbala Mirələmovun "Vicdanın hökmü" tamaşasının növbəti nümayişi olacaq.
Open.az xəbər verir ki, tamaşanın bu dəfəki nümayişi xeyriyyə məqsədilə keçiriləcək.
Belə ki, tamaşadan əldə edilən vəsait qaraciyər sirrozundan əziyyək çəkən aktyor Yalçın Səlimovun müalicəsi üçün sərf olunacaq.
Qeyd edək ki, Sumqayıt Teatrının rəhbərliyi istedadlı aktyor Yalçın Səlimovun səhhəti ilə bağlı üzləşdiyi problemin həllində az da olsa kömək etmək arzusu ilə bu layihəni reallaşdırıb.
Xatırladaq ki, Yalçın Səlimovun müalicəsi və əməliyyat xərcləri ilə bağlı bütün vacib tədbirləri Heydər Əliyev Fondu öz üzərinə götürüb.
Martın 27-dən Sumqayıt şəhər 1 nömrəli xəstəxanasında müalicə alan Yalçın Səlimova yaxın zamanda qaraciyər köçürülməsi əməliyyatı ediləcək.

Paylaş: