Estoniyanın dövlət radiosunda “Qarabağ” müzakirəsi
Tarix: 7-09-2017, 16:54


Estoniyanın dövlət radiosu olan “R4” dalğalarında Azərbaycanla bağlı olan “Ocaq” verilişində “Qarabağ”Futbol Klubunun uğurları haqqında danışılıb.
Bu barədə UlduzumSan.Az-a Diaspor hərəkatının fəallarından biri Elnur Eltürk məlumat verib.
“Veriliş ayda 2 dəfə efirdə olur. Gələn il 10 illiyini qeyd edəcək veriliş böyük dinləyici rəğbəti qazanıb. Veriliş Azərbaycan və Rus dillərində səslənir. Efirdə olduğu bu müddət ərzində verilişin çox maraqlı və mötəbər qonaqları olub. “Ocaq” verilişi Azərbaycan tarixi, mədəniyyəti, Azərbaycanda ayın təqvimi, Azərbaycan dili dərsi və sairə rubrikalarla efirdə olur. Azərbaycan həqiqətləri dinləyici kütləsinə çatdırılır. Verilişin baş redaktoru və aparıcısı Sənəm Əliyevadır. Sentyabrın 6-da efirə gedən verilişi aparıcı “Qarabağ” FK-nun xoş qələbə xəbəri ilə başlayıb və dinləyiciləri bu klubun qısa tarixi ilə tanış edərək qələbə münasibətilə bütün Azərbaycan xalqını təbrik edib”, – deyə E.Eltürk qeyd edib.
Verilişə izləmək istəyənlər bu linkə daxil ola bilərlər:


Paylaş: