"Grand Stıly Awards" mükafatlandırma mərasimi keçiriləcək
Tarix: 7-09-2017, 16:02


"Grand Stıly Awards" (GSA) mükafatlandırma mərasimi keçiriləcək.
UlduzumSan.Az xəbər verir ki, mükafatlandırma mərasimində mədəniyyət və incəsənət nümayəndələri, ictimai xadimlər, stilistlər,  modelyerlər və digər sahələrdə uğur qazanan şəxslər qiymətləndiriləcək. Tanınmış rejissor Nail Naiboğlu tərəfindən keçirilən layihənin əsas məqsədi müxtəlif sahələrdə öz işi ilə tanınan və gündəmdə olan şəxsləri mükafatlandırmaqdır. 
Qeyd edək ki, tədbir 21 sentyabrda saat 19:00-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı teatrında keçiriləcək və gecəyə tanınmış ictimai xadimlər, xalq artistləri, aktyorlar, nüfuzlu şəxslər qatılacaq.

Sözügedən layihənin rəhbəri rejissor Nail Naiboğludur. 

Paylaş: