"Həkimlər əməliyyatı məsləhət görmədilər"
Tarix: 26-06-2019, 10:11



“Atamın səhhəti ilə bağlı hər şey qaydasındadır. Hazırda təzyiqi də normallaşıb. Yalnız şəkər müəyyən qədər atama əziyyət verir. Adətən son günlərdə şəkəri 280-300 arasında dəyişir”.

Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Canəli Əkbərovun oğlu Samir Əkbərov deyib. O, bildirib ki, həkimlərin məsləhəti ilə Canəli Əkbərov bir neçə gündən sonra evə buraxılacaq: “Həkimlər əməliyyatı məsləhət görmədilər. Bu səbəbdən də atam davamlı olaraq müalicə alır. Həkimlər atama bir həftə də xəstəxanada yatmağı məsləhət görüblər. Bir həftədən sonra o evə buraxılacaq”.
Xatırladaq ki, Xalq artisti artıq bir həftədir ki, Mərkəzi Klinik Xəstəxanada müalicə alır. Həkimlər isə ona ürək insultu diaqnozu qoyublar.

Paylaş: