Alişanın atası sərt danışdı - “Elə bil ki, artistdir”
Tarix: 7-09-2017, 13:05


Toya hazırlaşan Alişan və Eda Erolun ayrılıq xəbəri Türkiyə gündəmini zəbt edib. Artıq hər iki tərəf nişanın pozulması barədə yayılan məlumatları təsdiqləyib. Onlar qarşılıqlı şəkildə danışaraq yollarını ayırdıqlarını bildiriblər. 
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, ötən gün Alişanın atası Mehmet Tektaş qarşı tərəfi qıcıqlandıran bir açıqlama verib. 
Eks-qayınata gəlini Edanı “artist” adlandırıb:
“Birinci ayrılıq xəbərini o yayıb. Hələ bir yazıb ki, iki mədəni insan kimi nişanı pozmuşuq. Elə bil ki, artistdir”.
 




Paylaş: