Fantasia Taylor azərbaycanlı Rüfəti seçdi
Tarix: 25-06-2019, 08:42



Amerikalı müğənni Fantasia Taylor mükafatlandırma mərasiminə Rüfət İsmayılın hazırladığı geyimdə qatılıb.
UlduzumSan.Az xəbər verir ki,  müğənni "Bet Awards-2019"un mükafatlandırma mərasiminin səhnəsinə  azərbaycanlı dizayner Rüfət İsmayılovun hazırladığı geyimdə çıxıb.Müğənni həmin mərasimdən çəkilmiş videonu Instagram sosial şəbəkəsindəki səhifəsində yayıb. Taylorun  geyimi KİV nümayəndələri və həmkarları arasında böyük maraq doğurub.

Xatırladaq ki, Rüfət İsmayıl "Affair" brendinin yaradıcısıdr. O, ilk və hələlik yeganə Azərbaycan və türk dizayneridir ki, kolleksiyaları moda dünyasının ən sanballı podiumları sayılan İtaliya, Dubay, Türkiyə, İran, Beyrut və Nyu-York moda həftələrində nümayiş etdirilib. R.İsmayılın kolleksiyası dünya moda sənayesinin ən mötəbər məkanında - "Pitti Uomo" sərgisində də təqdim olunub. "Fashion TV" kanalı isə onu 2018-ci ildə Avropanın ən yaxşı dizayneri hesab edib.
Dizaynerin ulduz alıcıları arasında Beyons, Cey Lo, Cordana Hyuston, Alan Tapiqliana, Loren Xureqi və başqalarını misal çəkmək olar. "Türkiyənin ən yaxşı dizayneri" seçilən Rüfət İsmayıl Azərbaycanda əsasən Xalq artisti  Aygün Kazımova ilə əməkdaşlıq edərək onun üçün libaslar hazırlayır. 




Paylaş: