"Brilliantın müğənni olmağına mən səbəb olmuşam"
Tarix: 24-06-2019, 17:30



“Brilliant mənimlə duet oxuyanda 16-17 yaşında idi. Xalamgildə bir dəfə onun səs yazısına qulaq asdım. Sonra görüşdük. Onu Rafiq Babayevlə, Cəmil Əmirovla, Cavanşir Quliyev və Faiq Sücəddinovla tanış etdim”.

Axşam.az xəbər verir ki, bu sözləri Samir Bayramlının “Söhbətsiz” proqramında Xalq artisti Akif İslamzadə deyib.

O, sənətçini səhnəyə gətirməyinə peşman olmadığını bildirib:

“Sonra müğənnilik etməyə başladı. Mən onun yerinə oxumuram ki, sadəcə müğənni olmağına səbəb olmuşam. Bizim cəmiyyət narazılıq etməz ki, o, hazırda peşəkar sənətkardır”.

Paylaş: