Mətanət adaşı haqda dediklərini dandı
Tarix: 24-06-2019, 12:26



Ötən günlərdə müğənni Mətanət Əsədova həmkarı Mətanət İsgəndərlinin onun arxasınca danışdığını və adaşını həyatından sildiyini demişdi.

Axşam.az xəbər verir ki, o, daha sonra İsgəndərlinin nəvəsinin məclisində görünməklə hər kəsi çaşdırmışdı.

Məsələ ilə bağlı Mətanət İsgəndərli “ATV maqazin onlarla” proqramına müsahibə verib.

“O videonu görmüşəm. Mətanət mənə zəng edib, üzrxahlıq etdi. Dedi ki, sənə qurban olum, başqa adamı demişəm”.

Əsədova isə “Anlaşılmazlıq olub. Özümdən küsərəm, özümü silərəm, məndən sonra bir Mətanət var. O da İsgəndərlidir. Mətanət də bilir ki, söhbət kimdən gedir. Bir nöqtəni qoymamışam, digər mövzuya keçmişəm” sözləri ilə dediklərinio danıb.

Qeyd edək ki, M.Əsədova adaşı haqda bu sözləri demişdi:

“Musiqi aləmində yalançı rəfiqələr var. Obraza girməyi xoşlamıram. Mətanət İsgəndərlini çox istəyirəm. O, həmişə məni elə dindirib, darıxanda məni yığıb ki, ürəyim səninlə açılır. Amma eşitdim haqqımda elə bir şey danışıb ki, onu nəinki telefonumdan, həyatımdan sildim. Bundan sonra nəyə and içsə də, inanmıram”.

VİDEO BURADA​​​

Paylaş: