Dilarənin gözyoran qırmızı paltarı
Tarix: 24-06-2019, 11:51



Müğənni Dilarə Kazımova son günlər eyni libasdan bir neçə böyük konsert proqramlarında istifadə etməsi ilə müzakirə mövzusuna çevrilib.  “Qafqazinfo” xəbər verir ki, sənətçinin birinci dəfə 2018-ci ilin noyabrında “Azərbaycan” adlı klipindəki qırmızı yarıqlı paltarına dəfələrlə müraciət etməsi tənqid olunub.  
Hətta o, şənbə günü “Jara” festivalından əvvəl təşkil olunan “pre-party”də həmin libasda görüntülənib. Sənətçi bundan bir həftə əvvəl isə Bakı Konqress Mərkəzində məzunlar üçün təşkil olunan gecədə də o geyimdə şou göstərib. 






D. Kazımova toy, klub və digər açılış mərasimlərinə də dəfələrlə bu paltarda qatılıb. Dilarə müzakirə olunan geyimi barədə açıqlama verib. 
O, “Qafqazinfo”ya danışarkən tənqidlərdən xəbərdar olduğunu deyib: 
“Bir paltarım yoxdur. Evdə geyimlərimi qoyacaq yerim yoxdur. “Azərbaycan” layihəsində bu obrazdan istifadə etmişdik. Şou, obraz kimi üzərimdə daşıyıram. Amma o qədər deyirlər ki, qırmızı libasını dəyiş! Dəyişdirəcəm, amma yenə rəng qırmızı olacaq. Özüm hiss edirəm ki, yenilik lazımdır”.


 





Paylaş: