Azərbaycanlı aparıcı hamam xalatında foto paylaşdı - Tənqid olundu
Tarix: 24-06-2019, 11:31

Azərbaycanlı aparıcı hamam xalatında foto paylaşdı - Tənqid olundu

Tanınmış aparıcı Firuzə Cəlilova sosial şəbəkədə yeni fotosunu paylaşıb.
Open.az xəbər verir ki, Cəlilova hamam xalatında çəkdirdiyi fotoya görə tənqid olunub.
İzləyiciləri Cəlilovanı belə şəkil paylaşmaqda qınayıb.
O isə görüntüsünə belə şərh verib: "Mən bazar günü yalnız gözəllik və spa mərkəzində olmuşam. İsti duş qəbul edib, neqativ enerjidən azad olub, bədənimə rahatlıq verdim. Bundan sonra isə şokoladlı bürünmə prosesindən keçdim. Bu isə qan dövranını yaxşılaşdırır, dərimizə yumşaqlıq verir. Bədənimin daha da bronzlaşması üçün 15 dəqiqə solari qəbul etdim. Sonda da əl və ayaqlarıma qulluq üçün manikür və pedikür proseslərindən keçdim".


Paylaş: