"Onları alt-üst etmək..." - Zamiq Şəbnəm və Pərviz Bülbüləyə söz atdı
Tarix: 24-06-2019, 09:43


"Hansısa ifaçı deyə bilər ki, bizim "Youtube" kanalında baxış sayımız çoxdur. Amma bu, heç də bir göstərici deyil. Mən onları alt-üst etmək üçün "Kaman" mahnısını oxudum. Onlar da qoy bəstəkar əsərləri ifa etsinlər və baxış sayı 30 milyon olsun. Bu mahnı bəstəkar əsəridir. Bu haqda çox danışmaq istəmirəm".
AzNews.az xəbər verir ki, bu sözləri "Bir azru var" verilişində müğənni Zamiq Hüseynov ara mahnı ifa edən həmkarlarından danışarkən deyib.
O, ad çəkmədən ara mahnıları ifa edən müğənnilər haqda bu sözləri deyib: "Son beş-altı ayda ara mahnısı və İran ritmində ifa edənlər azalıb. Hər yerə çıxdılar və hara baxırdın onlar idilər. Bir neçə sənətçi dostlarımızla və sənətkarımızla müzakirə etdik və dedik ki, kənara çəkilək, görək necə olacaq. Mənə elə gəlir ki, çox da yadda qalmadılar".
İddiaya görə, müğənni Damla, Şəbnəm Tovuzlu və Üzeyir Mehdizadə bayağı mahnı oxuyur, meyxanaçı Pərviz Bülbülə isə İran ritminə daha çox üstünlük verir.
Qeyd edək ki, adı çəkilən ifaçıların ifa etdikləri mahnıların "Youtube" kanalında baxış sayı çoxdur.

Paylaş: