Məşhur cütlüyün boşanma ərizəsi ortaya çıxdı
Tarix: 21-06-2019, 10:26



Hamilə olduğunu öyrəndikdən sonra Feyza Aktan ilə evlənən aktyor və müğənni Özcan Denizin boşanma xəbərləri gündəmə bomba kimi düşüb.
Open.az türk mətbuatına istinadən xəbər verir ki, Feyza Aktan yayılan xəbərləri təkzib etsə də, cütlüyün boşanma protokolu ortaya çıxıb.
Feyza kimi tanınan Aktanın əslində adının Fatimə olduğu da boşanma ərizəsindəki detallardan biri olub. 

Qeyd edək ki, Özcan Deniz ötən il mart ayında özündən 21 yaş kiçik Feyza Aktan ilə nikah masasına oturub. Cütlüyün Kuzey adında bir oğlu var.



Məşhur cütlüyün boşanma ərizəsi ortaya çıxdı

Paylaş: